Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Cüdoçumuz Zaqreb “Qran-Pri”sində qızıl medal aldı

Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə Qran-Pri yarışı davam edir.
73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
İdmançımız Zaqrebdə Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib. Xorvatiya Qran-Prisinin qalibi olan cüdoçumuza yarışın qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Zaqrebdə keçirilən turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır./report

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir