ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın Orlando şəhərində gecə klubunda baş verən və 50 nəfərin ölümünə səbəb olan qanlı hadisə barədə öz fikirlərini bölüşüb.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Donald Tramp öz twitter hesabında Orlandoda gey (cinsi azlıqlar) klubunda baş verən hadisənin radikal islam terrorizminin təzahürü kimi qiymətləndirib.
Terrorçunun hər hansı təşkilatla bağlılığı hələ ki rəsmi olaraq təsdiqlənməyib.
Lakin “İslam dövləti “ adlanan terror təşkilatına baağlılığı ilə bilinən tvitter hesabında terrorçunun şəkli peyda olub.
Əfqanıstan vətəndaşı Ömər Mətinin atası oğlunun Mayamidə homoseksualların görüntüsündən çox təsirləndiyini və onun bu səbəbdən bu tip gecə klubuna hücum edə biləcəyini söyləyib. Ömər Mətinin atası hadisədə hər hansı bir dini motiv axtarmağın yersiz olduğunu bildirib.
Donald Tramp özü müsəlmanlara dözlüməz münasibəti ilə tanınır.
O, hələ 2015-ci ilin noyabrında Parisdə törədilən terror aktlarından sonra müsəlmanların ABŞ-a gəlişinin qadağan olunmasını istəmişdi.