Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

C.Həsənli yenidən Milli Şuranın sədr seçilib

13319915_1213772011966475_2007727807632459768_n13312812_1213772008633142_7861390614820211888_n

C.Həsənlinin namizədliyini AXCP sədri Əli Kərimli irəli sürüb. Şuranın digər üzvləri də bu təklifə tərəfdar çıxıblar. C.Həsənli sədrliyə yekdilliklə seçilib, onun namizədliyinin əleyhinə çıxan olmayıb.

Seçkidən sonra çıxış edən C.Həsənli Azərbaycanda müxalifdə qalmağın çox çətin olduğunu bildirib. Sədrliyin üzərinə əlavə məsuliyyət qoyduğunu deyən C.Həsənli hökumətə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

Milli Şura həmçinin, təşkilati və cari məsələlərə də baxıb. Quruma yeni üzvlər seçilib, Koordinasiya Mərkəzi yenidən formalaşdırılıb.

Ölkədəki ictimai-siyasi durumun müzakirəsi zamanı çıxış edənlər tənqidi fikirlər səsləndiriblər. Siyasi motivli həbslərin dayanmadığı, hüquq-mühafizə qurumlarının, məhkəmələrin hakimiyyətin əlində alətə çevrildiyi qeyd olunub.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkisi ərəfəsində yaradılıb. Sonradan Müsavat və bir sıra müxalif partiyalar bu qurumdan uzaqlaşıblar. Quruma daxil olan AXCP-nin 10-dan çox üzvü hazırda həbsdədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir