Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Biləsuvarda zorla xalası oğluna ərə verilmiş qız intihar etdi

Biləsuvar rayonunda gənc qadın intihar edib.

BakiPost.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Məlumata görə, Aşağı Cürəli kəndindən olan Abbasova Könül Sakit qızı 4 ay əvvəl xalası oğlu ilə ailə quraraq Bəydili kəndinə gəlin köçüb. Bu gün isə o, tavandan asılı vəziyyətdə tapılıb.

Onun ata-anası tərəfindən öz xalası oğluna məcburən ərə verildiyi qeyd olunur.

Bəydili kənd bələdiyyəsinin sədri İlqar Kərimov intihar faktını təsdiqləyib. Bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir