Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

SOCAR-dan dənizdə gözlənilən fırtına ilə bağlı – açıqlama

31 mart – 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, “Azneft” İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib: “Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.
Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir