Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Pərviz Həşimli Rövnəq Abdullayevi necə xilas edib?

Dünən Pərviz Həşimlinin haqqin.az saytına müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC – nin sədri, millət vəkili Cavid Qurbanovla baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, milli təhlükəsilik nazirinin keçmiş müavini general Əli Nağıyevin, onun qardaşı Dövlət Miqrasiya Xidmətinin rəis müavini Vəli Nağıyevin adları ilə yanaşı keçmiş MTN zabiti, politoloq Ərəstun Oruclunun da adını çəkmişdi. Ərəstun Oruclu müsahibədən dərhal sonra status paylaşaraq Pərviz Həşimlinin fikirlərinə münasibət bildirmiş, Eldar Mahmudovun iyrənc əməlləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirmişdi..58449

Aydınlıq gətirilməyən bir məqamsa müsahibədə Pərviz Həşimlinin adını çəkmədiyi, sadəcə SOKAR rəsmisi kimi təqdim etdiyi məmurun kimliyidir.Aydınlıq gətirilməyən bir məqamsa müsahibədə Pərviz Həşimlinin adını çəkmədiyi, sadəcə SOKAR rəsmisi kimi təqdim etdiyi məmur kimdir?

Bəlli olub ki, həmin şəxs SOKAR – ın Təhlükəsizlik İdarəsinin rəisi, keçmiş MTN polkovniki Rəşad Əliyevdir:
“Mən heç Rəşad Əliyevi tanımamışam. Hətta SOKAR – a məxsus ərazilərdə camaatın tikdiyi evlərin sökülməsi zamanı yol verilən qəddarlıqla bağlı xeyli tənqidi yazılarım da olub. Amma MTN rəhbərliyi tələb edirdi ki, Rəşad Əliyevin də əleyhinə ifadə verim. Mən həbs olunduğum həmin gecə  Eldar Mahmudov da evinə getmədi. Səhər saat 8 – ə qədər MTN xüsusi təyinatlıları hazırlıq vəziyyətində qaldılar ki, mənim ifadələrim əsasında məşhur məmurlarla bərabər bir neçə iş adamı da həbs edilərək ölkədə geniş rezonans doğuracaq bir məkrli ssenarini həyata keçirsinlər. Yalnız işgəncələrlə məni razı sala bilməyəcəklərindən sonra xüsusi təyinatlılara “Azad” komandası verildi”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir