Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Niderlandın İstanbuldakı konsulluğu üzərində Türkiyə bayrağı qaldırılıb

Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər.
Bu barədə “Hürriyet Daily News” məlumat yayıb.
Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.
Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir