Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Rusiyadan növbəti separatçı addım

Rusiyanın “Taşir” şirkəti Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın elektrik şəbəkəsini satın almaq üçün danışıqlar aparır.

Bu barədə məlumatı Ermənistanın “Jamanak” qəzeti yayıb. Qəzet danışıqların intensiv şəkildə davam etdiyini deyib.

“Danışıqlar uğurla nəticələnsə, “Taşir” şirkəti Ermənistandan sonra Qarabağın da elektrik paylayıcı siosteminə nəzarət edəcək.

“Taşir” “Ermənistan Elektrik Şəbəkəsi” şirkətini ötən il elektrik enerjisinə olan tariflərin artırılmasından sonra başlayan aksiyalar fonunda satın almışdı”.

Xatırladaq ki, “Taşir” şirkətinin prezidenti erməni əsilli milyarder Samvel Karapetyanıdır.

(modern.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir