Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“İ.Əliyev komandasına güvənmir, onlardan qurtulmaq üçün hüquqi baza yaradır”.

Konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendum hələ də gündəmin əsas müzakirə mövzularından biridir.  Referenduma çıxarılan dəyişikliklər, ilə bağlı bəzi fərziyələr var.Gəlinən nəticənin biri ondan ibraətdir ki, bu referendum Ilham Əliyevin komandasına etimadsızlığının nəticəsidir.Bütün bu suallara cavab almaq üçün Media-fakt.info içtimai və siyasi fəal Anar Məmmədova müraciət etdi.14018040_1091227247609397_739246927_n

 Anar bəy  nə baş verdi? Nəyə görə Konstitusiyanın dəyişdirilməsi qərarı verildi?

Bildiyimiz kimi Əliyevlərin hakimiyyəti dövründə bir neçə dəfə Konstitusiyaya dəyişikliklər olub. Məqsəd  Konstitusiyanı öz maraqlarına uyğun dəyişmək, daha çox səlahiyyət əldə etmək, bir sözlə, hakimiyyətin ömrünü uzatmaqdan ibarət olub. Ilham Əliyev məhz Konstitusiyaya edilən mürtəce dəyişikliklər nəticəsində 3-cü dəfə prezident olmaq imkanı əldə edib. . Illərdir ki, bu hakimiyyət ölkədə avtoritar bir sistem yaradıb. Onu tənqid edənləri həbsə atır, müxalifəti tamamilə sıradan çıxarmaq üçün hər şeyi edir. Bunlar mahiyyətcə avtoritar idarəçiliyə daha uyğundurlar.Görsənir ki  son dəyişikliklər həm də onun öz komandasına olan etimadsızlığından irəli gəlir. Yəni artıq Ilham Əliyev komandasına güvənmir, onlardan qurtulmaq üçün bəri başdan hüquqi baza yaradır. Vitse-prezident təyin etməklə bütün rıçaqları əlində saxlamaq istəyir.

Anar bəy belə bir fikir də var ki, referendumdan dərhal sonra parlament və prezident seçkiləri keçiriləcək?

Çox güman ki, referendumdan sonra parlament və prezident seçkiləri də keçiriləcək. Ölkəni iqtisadi böhranın dibinəcən gətirib çıxaranlar başa düşürlər ki, bu baxımdan 2017-ci il daha ağır il olacaq, əhalinin onsuz da ağır olan sosial durumu daha da ağırlaşacaq. Əslində, seçki deyəndə Ilham Əliyev yenə istədiyi adamları siyahı ilə parlamentə təyin edəcək, Məzahir Pənahov isə onu yenidən prezident elan edəcək. Yəni hakimiyyətin mənbəyi Məzahir Pənahovun seçki qutuları olmaqda davam edəcək.

Sizcə Ilham Əliyevin referendum qərarının arxasında həm hökumətə etimadsızlıq, həm də öz postuna qarşı təhlükə faktoru dayanırmı?                                                                                                                                                  Elədi ki var vitse prezidentlik institutunun yaradılması da məhz bununla bağlıdır. Beləliklə, o özündən sonrakını özü təyin etmək səlahiyyəti qazanmaqla ailə hakimiyyətini  qarantiyə alır. Onsuz da komanda daxilində çox dərinə gedən çatlar var və günün birində parçalanma, mərkəzdənqaçma meyllərinin güclənməsi qaçılmazdır. Bu komandanı nə ideya, nə də başqa mənəvi dəyərlər birləşdirir. Onları birləşdirən yalnız şəxsi maraqlardır və bu maraqların toqquşacağı gün nələrin baş verəcəyini indidən təsəvvür etmək mümkündür.

Bir tərəfdən böhran digər tərəfdən isə işıq, su pulu, çörəyin qiyməti bahalaşdırılır nədən?

Ölkəni gətirib çıxardıqları böhranın dərinliyi göz qabağındadır.Hakimiyyətin illərlə uydurduğu iqtisadi inkişaf nağılları çoxdan iflasa uğrayıb. Artıq iqtisadi böhranın dibinə eniş başlayıb.Işığın, suyun, çörəyin qiymətinin artması göstərir ki, hökumətin böhrandan çıxış üçün hər hansı iqtisadi proqramı yoxdur və yenə də dağıdıb talan etdikləri büdcəni xalqın cibinə girməklə doldurmaq siyasəti davam edir.. Bunların oğurluqla yığdıqları, ölkədən çıxardıqları milyardalarla gözləri doymur, yenə də xalq bunların gəlir mənbəyidir, böhrandan çıxış mənbəyidir. Bir hakimiyyətin mənbəyi xalq olmadıqdan sonra bu belə də davam edəcək. Xalq öz hakimiyyətini – ona dəyər verən hakimiyyəti formalaşdırmağa hazır olmalıdır, buna çalışmalıdır.

A.Xəyalə

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir