Avqustun 28-də Xaçmaz rayonunda dini ekstremist qrupun üzvü Nizami Nəcəfov məhv edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında deyilir.
Mənbənin məlumatına görə, müəyyən edilib ki, N.Nəcəfov silah-sursat və partlayıcı maddələr əldə edərək ölkənin şimal rayonlarında terror aktı törətməyi planlaşdırıb.
Bununla əlaqədar DTX və prokurorluq birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı N.Nəcəfov təslim olmayaraq silahlı müqavimət göstərib və avtomatdan atəş açıb. DTX-nin xüsusi əməliyyat qrupunun cavab atəşi ilə N.Nəcəfov məhv edilib.