Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hasilat sənayesində şəffaflıq nə üçün lazımdır? – Debat\Video

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi 1 avqust 2018-ci ildə Sahibkarlığa və Bazar İqtisadiyatının İnkişafına Yardım Fondunun ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hasilat sənayesində şəffaflığın artırılmasında sosial medianın rolu” layihəsi çərçivəsində “Hasilat sənayesində şəffaflıq” mövzusunda növbəti tele-debatını keçirib.

Tele-debatın qonaqları Sahibkarlığa və Bazar İqtisadiyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov və “İqtisad Təşəbbüslərə Yardım” İctimai Birliyinin rəhbəri Azər Mehtiyev olublar.
Verilişdə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsününü yaranma zərurəti, Azərbaycanın bu prosesdə rolu, mövcud durum, problemlər, o cümlədən benefisiar sahiblik hüququ və s. məsələlər barədə ətraflı məlumatlar verilib.

Sabit Bağırov çıxışında qeyd edib ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır. Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resursların lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür”.

Benefisiar sahiblik hüququ haqqında ətraflı danışan Sabit Bağırov bildirib ki, bu yeni təşəbbüsün əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın yaxın gələcəkdə bu təşəbbüsə qoşulacağına ümidini ifadə edib.
A.Mehtiyev isə çıxışında diqqəti daha çox neft faktoru və onun Azərbaycan iqtisdaiyyatındakı roluna yönəldib.
Natiq bildirib ki, 2004-cü ildən başlayaraq Azərbaycan hər il MHŞT üzrə hesabat açıqlayır: “2013-cü ildə Sidneydə keçirilən MHŞT üzrə 6-cı Beynəlxalq Konfransda MHŞT üzrə yeni Standart qəbul edilib. MHŞT Standartı əhaliyə daha etibarlı, münasib və lazımlı informasiyanın çatdırılmasını həvəsləndirib, daha genişmiqyaslı islahatlar üçün zəmin yaradıb. Standarta daxil edilən bəndlər MHŞT hesabatlarını əhali üçün daha anlaşıqlı etməklə hökumət və şirkətlər tərəfindən təsdiq edilən rəqəmlərin etibarlılığını təmin etməyə, mineral ehtiyatlardan daxil olan gəlirlərin şəffaflığının daha da artırılmasına xidmət edir.

Azərbaycan 2013, 2014 və 2015-ci illər üzrə hesabatını MHŞT Standartın tələbinə uyğun hazırlayıb. Ölkə MHŞT-ni tərk etsə də, Standartın tələblərinə uyğun hesabat açıqlamağa davam edir. 2016-cı il üzrə HSŞ hesabatında Hasilatın Pay Bölgüsü sazişi barədə, eləcə də SOCAR-ın sosial xərcləri barədə məlumatlar genişləndirilib. Artıq hesabat çap edilərək ictimaiyyətə təqdim olunub”.


M

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir