Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Yeddi ildən sonra hüquq müdafiəçisinin Azərbaycandan kənara çıxmasına icazə verilib

Hüquq müdafiəçisi Oqtay Gülalıyevə 7 illik qadağadan sonra ölkədən çıxışına icazə verilib. Bu barədə O. Gülalıyev özü bildirib. Avqustun 20-də o, Gürcüstana gedib.

“7 il idi Azərbaycandan çıxışıma “stop” qoyulmuşdu. Nəhayət, 7 ildən sonra ölkədən çıxışıma imkan verdilər”, – hüquq müdafiəçisi bildirib.

O, uzun zamandır ölkədən buraxılmamasını qanunsuz addım kimi dəyərləndirib: “Haqqımda illərdir ki, qondarma cinayət işi açmışdılar. Buna görə xeyli vaxt idi xarici pasport ala bilmirdim. Ölkədən çıxışıma qanunsuz qadağa qoyulmuşdu”.

O.Gülalıyev Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının koordinatorudur. 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçirilən etirazlardan sonra həbs edilmişdi.

Hüquq müdafiəçisinə qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra o, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdi.

O.Gülalıyev azadlığa buraxılsa da barəsindəki cinayət işi indiyədək bağlanmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir