Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai

“Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün regionlarda təsirlərinin öyrənilməsi” layihəsinin icrası davam edir

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəy ilə “Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün regionlarda təsirlərinin öyrənilməsi” adlı layihəsinin icrası davam edir.

Layihə çərçivəsində artıq üç rayonda, Kürdəmir, Siyəzən, Hacıqabul rayonlarında sorğu keçirilimişdir. Sorğuda müxtəlif  kateqoriyadan olan insanlar iştirak etmişdir. Ümumilikdə üç rayondan, hər birində otuz nəfər olmaqla 90 nəfər sorğuda iştirak etmişdir.

Növbəti mərhələdə daha üç rayonda Şirvan, Salyan və Neftçala rayonlarında sorğu keçiriləcəkdir.

Layihənin yekununda təqdimat mərasimi keçirilərək monitorinqin nəticələri ictimaiyyətə təqdim ediləcəkdir.

 

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə

ictimai birliyinin mətbuat xidməti.

21.07.2018