“Neftçi” futbol klubunun yeni baş məşqçisi iki namizəd arasından seçiləcək.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bunlar rumıniyalı Marius Şumuditsa və italiyalı Roberto Bordindir. İyunun 7-də keçiriləcək Müşahidə Şurasının iclasında müzakirə aparılaraq, yekun qərar qəbul olunacaq. Ertəsi gün isə “Neftçi” klubunun yeni baş məşqçisi ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, “Neftçi” mayın 31-də Tərlan Əhmədovla yollarını ayırdığını açıqlayıb. Marius Şumuditsa son olaraq Türkiyənin “Kayserispor” klubunda, Roberto Bordin isə Moldova “Şerif”ində baş məşqçi kimi çalışıb.