London polisi Boris Berezovskinin dostu və işgüzar tərəfdaşı Nikolay Qluşkovun ölümü ilə bağlı cinayət işinə “qətl” maddəsi üzrə başlayıb. Virtualaz.org “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.
Ekspertiza göstərib ki, Qluşkov boğulma nəticəsində dünyasını dəyişib.
“Araşdırmaya rəhbərlik edən Terrorçuluqla mübarizə üzrə London polis idarəsi hazırda cənab Qluşkovun ölümünü qətl hadisəsi hesab edir”, – Skotland-Yard bildirib.
İlkin olaraq Qluşkovun intihar etdiyi düşünülürdü.