Tblisi şəhər məhkəməsi “Lanset” Klinikasının direktoru Fərman Ceyranlını 6 il müddətinə azadlıqdan məhrum edib.
F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
Məhkəmə çıxışlarının birində F.Ceyranlı həbsinə görə İ. Əliyevi ittiham etmişdi.