Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Selektiv abortun fasadları

Texnologiyalar vasitəsilə qadınlar dünyaya gəlməmiş məhv edilirlər.

 

30 iyun 2016-cı ildə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması üçün maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində Qusar rayonunda maarifləndirmə tədbirini keçirib.

 

Maarifləndirmə tədbiri Qusar rayonunun “Gənclər Evi”ndə təşkil edilmişdir. Tədbirdə tibb işçiləri, sosial işçilər, müəllimələr, məktəb psixoloqları və işləməyən şəxslər, o cümlədən gənc qızlar və yeni ailə qurmuş xanımlar iştirak etmişlər. 30 nəfərdən artıq xanımın iştirak etdiyi tədbir iki saatdan artıq davam etmişdir. Səhiyyə işçilərinin, təhsil işçilərinin, mədəniyyət mərkəzinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Rəsm Qalereyasının, Qusar rayon ləzgi Dram Teatrının əməkdaşlarının və evdar xanımların iştirak etdiyi tədbir kifayət qədər interaktiv Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə və onun aktuallığı barəsində danışdıqdan sonra sözü tədbirin məruzəçisi Mehriban Vəzirə verdi.

 

M.Vəzir ümümiyyətlə qadınların cinsi münasibətdə həmişə ikinci planda olduğu və hətta nəhayətdə texnologiyanın da onları məhv etdiyini bildirdi. Ümumiyyətlə məruzəçi bu problemin daha çox ictimai, sosial tərəflərindən danışdı. Ayrı-ayrı ölkələrdə qız dölün abort edilməsini və ikinci, üçüncü hamiləlikdə bunun daha çox üzə çıxmasını statistika ilə qeyd etdi. Xüsusilə məruzəçi selektiv abortun qarşısının alınması üçün maarifləndirmənin vacibliyini vurğuladı. M.Vəzir daha çox oğlan doğulmasının heç də təsadüfi olmadığını vurğuladı.

 

Daha sonra layihənin digər məruzəçisi Rafiq Təmrazov cəmiyyətdə kişi qadın münasibətləri və qadınların cəmiyyətdə daha çox ikinci insan olmasının sosial tərəflərindən danışdı. Qeyd olundu ki, istər məişət, istər təhsil, istərsə də hüquqların tələb edilməsi baxımından qadınlar həmişə əzildiklərinə görə məhz valideynlər oğlan övladına üstünlük verirlər. Məsələnin hüquqi müstəvidə həll oluna biləcəyinin mümkün olmadığını bildirən məruzəçi şüur tərzinin prosesə müsbət təsir edəcəyini bildirdi. Qeyd olundu ki, hamiləliyin süni dayandırılması qanunla yalnız hamilə qadına məxsusdur. Digər şəxslərin müdaxiləsi qanun pozuntusudur.

 

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə həm də hamiləliyin süni dayandırılmasının fəsadları barəsində söhbət açıldı. Tədbir iştirakçıları da regionda baş verənlər, bu tendensiyayla bağlı mövcud vəziyyətdən danışdılar. Xüsusi olaraq Qusar rayonunda bu mövzuda davamlı tədbirlərin zəruriliyi qeyd olundu.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir