Müsavat AKM Almaniyada Ermənistan konsulluğu önündə aksiya keçirəcək
Müsavat Avropa Kordinasiya Mərkəzi (Müsavat AKM) Almaniyanın Frankfurt şəhərində Ermənistan konsulluğununun binası önündə aksiya keçirəcək. Bu haqda “Basta”ya Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu məlumat verib. “Azərbaycanın işğal olunmuş Füzuli şəhəri ərazisində erməni silahlılarının atəşi nəticəsində körpə Zəhra Quliyevanın və…
”Qatil Sarkisyan, Qarabağdan rədd ol” –İstanbulda erməni terrorçuluğuna qarşı etiraz
İstanbuldakı Galatasaray litseyinin önündə Ermənistan ordusunun ağır silahlarla hücumu nəticəsində həyata gözlərini yuman 2 yaşlı Zəhra Guliyevanın qətl edilməsinə qarşı etiraz aksiyası keçirilib. Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Güney Azərbaycan vətəndaşlarının iştirak etdikləri etiraz aksiyasına İstanbulun mərkəzi prospekti olan İstiklal caddəsindən …
Trampdan Rusiyaya qarşı sərt bəyanat
Ukrayna və Suriya problemləri həll olana qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Putinlə görüşünü şərh edib. O Tvitter səhifəsində bildirib ki, Ukrayna və Rusiya münaqişələri həll edilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. “Putinlə…
Bakıda Zəhraya görə yürüş keçirildi
Bu gün Milliyyətçi Gənclər Təşkilatının təşəbbüsü ilə Şəhidlər Xiyabanına yürüş edilib. Yenicag.az xəbər verir ki, yürüş Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub. Yürüş zamanı bir sıra…
Mosul İŞİD-dən azad edildi
İraqın ikinci böyük şəhəri Mosul İŞİD-dən azad edilib. Bunu iyulun 9-da Mosula səfər edən İraq baş naziri Haydar əl-İbadi bəyan edib. İraq baş naziri qələbə münasibəti ilə əsgərləri və xalqı təbrik edib. Mosulun azad edilməsi əməliyyatı 265 gün idi davam edirdi.
İspaniya qəzetində 2 yaşlı Zəhranın ölümü ilə bağlı məqalə dərc olunub
İspaniyanın “La Razon” qəzetində “Azərbaycanla Ermənistan arasındakı sərhəddə gərginlik artır: Rəsmi Bakı Füzulidə iki insanın ölümünə səbəb olan son hücumu pisləyir” adlı məqalə dərc olunub. APA-nın xəbərinə görə, məqalədə iyulun 4-də baş verən dəhşətli faciədən – Ermənistan silahlı qüvvələrinin 82…
Neft Daşlarında rəis intihar edib
Neft Daşlarında intihar hadisəsi qeydə alınıb. ARDNŞ-in yaydığı məlumata görə, iyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq), 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü…
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub
Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub. Alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində – Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur. Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək…
Güclü külək Lənkəranı işıqsız qoyub
Lənkəran rayonunda külək fəsadlar törədib. “Report” xəbər verir ki, 10 dəqiqə ərzində əsən güclü külək ağacları aşırıb, evlərin dam örtüklərinə ziyan vurub. Heydər Əliyev prospektində mağazalardan birinin dam örtüyü yerindən qoparaq yaxınlıqdakı evlərdən birinin üzərinə düşüb. Bundan əlavə, ağacların qırılması…
ATƏT PA Azərbaycandakı repressiyaları pisləyən qətnamə qəbul etdi
ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləyib. ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir. Azərbaycanla bağlı qətnamənin lehinə 31, əleyhinə isə…