Kiçik sahibkar Qəhrəman Əliyev hakimiyyət tərəfindən davamlı təzyqə məruz qaldığını bildirdi.
Kiçik sahibkar Qəhrəman Əliyevlə ölkədə sahibkarlığın vəziyyətilə bağlı bəzi məsələləri öyrənmək istədik, lakin müsahibimiz hakimiyyət tərəfindən sıxışdırılmaından danışmağa üstünlük verdi.
AZƏRBAYCANIN BEYNƏLXALQ REYTİNQİ ENDİRİLDİ
Nüfuzlu “Fitch ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-“ səviyyəsindən “BB+” və yaxud “zibil” səviyyəsinə endirib. Bu haqda agentliyin açıqladığı press relizdə məlumat verilmişdir. Yeni reytinq dərəcəsi “spekulə edilmiş” və ya “zibil” səviyyə hesab olunur…
Natiq Cəfərov: ““Azərbaycanda əksər dükan sahibləri vergi məmurları ilə “şəriklik” edərək fəaliyyət göstərirlər.”
“Ölkədə sahibkarlıq subyektləri əsassız yoxlamalara, təzyiqlərə məruz qalır. Ən yüksək səviyyədə sahibkarların hər cür dövlət qayğısı ilə əhatələ olunduğu iddia edilir. Lakin hər fürsətdə biz bu iddianın əksini görürük”. Bu sözlər sahibkar Natiq Cəfərovova məxsusdur. Natiq Cəfərov hesab edir ki,…
Mingəçevir hadisələrinə görə məcburi köçkünə verilmiş torpaq əlindən alınıb
İctimai fəal, Kəlbəcər rayon sakini, Mingəçevirdə yaşayan Rövşən Cabbarov mərkəzi hökumət strukturlarına və ictimaiyyətə müraciət etməsi barəsində sosial şəbəkələrdə məlumat paylaşmışdır.
Zaman Bünyatov: “Hökumət sahibkarları ölkədən qaçmağa məcbur edir”
“Manatın ikinci dəfə ucuzlaşması vəziyyəti daha da pisləşdirdi. Hökumət bütün çətinliyi sahibkarların üzərinə qoyub. Vergilərin qaldırılması ilə yanaşı əlavə xərclər sahibkarları müflisləşdirib”. Bu sözləri kiçik sahibkar, Korrupsiyaya Qarşı Mübarizə və İnsan Hüquqları İnstitutunun sədr müavini Zaman Bünyatov deyib. Onun sözlərinə…
NÖVBƏTİ DEVALVASİYA RİSKİ HƏLƏ DƏ YÜKSƏKDİR
Dəfələrlə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən manata təzyiqlərin olmadığı barədə təkziblər verilməsinə baxmayaraq, 21 dekabr 2015-ci il tarixdə ölkədə vətəndaşlar ikici devalvasiya şokunu yaşadılar. Ümumiyyətlə son 1 il ərzində manat 2 dəfədən çox dəyər itirmişdir. Dünya bazarlarında neftin qiymətinin…
Zaur Məmmədov: “Vətəndaş cəmiyyəti sıradan çıxırsa, demokratik seçkidən danışmaq olmaz”
Azərbaycan Konstitusiyasında insan hüquq və azadlarına geniş yer verilsə də, reallıqda bu hüquqlardan yararlanmaq hər zaman mümkün olmur. Bu gün də vətəndaşlar mülkiyyət, sərbəst toplaşmaq, söz və ifadə azadlığı hüquqlarının reallaşdırılmasında çətinlik çətinlik çəkirlər. Alternativ düşüncəyə malik insanlara qarşı təqiblərin…
Raul Qurbanov: “Sahibkarlığın inkişafı üçün hökumət korrupsiyaya qarşı görüntü xatirinə yox, həqiqi mübarizə aparmalıdır”.
Kiçik sahibkar, ictimai fəal Raul Qurbanov deyir ki, sahibkarlığın inkişafına mane olan əsas məsələ korrupsiya və rüşvətxorluqdur. Bu barədə o, müxbirimizin suallarına cavab verərkən bildirib.
Məmurlar Avropa Oyunlarına yardım adıyla iş adamlarından pul yığırlar.
Azərbaycan böyük idman arenasına ev sahibliyi etmək ərəfəsindədir. Tarixdə ilk dəfə Avropa oyunları məhz Azərbaycan paytaxtında keçiriləcək. İdman oyunu Azərbaycan kimi ölkələrin tanıdılması baxımından önəmli rol oynasa da, xeyli məsələlərin həll edilməsini şərtləndirir. İlk növbədə bu oyunların qəbul edilməsi külli…
DEVALVASİYA NƏ ÜÇÜN BAŞ VERDİ?
Devalvsiyanı şərtləndirən amillər 2014-cü ilin II yarısından başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin enməsi neft ölkələrində daha dərin iqtisadi böhrana səbəb olmuşdur. Siyasi və iqtisadi proseslərin təsiri Azərbaycandan da yan keçməmişdir. Neftin ucuzlaşması ölkənin gəlirlərinin kəskin azalmasına səbəb olmuş, ölkəyə…