AXCP sədr müavinin prokurorluqda dindirilməsi 5 saatda çox çəkib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı cümə axşamı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər İdarəsində beş saatdan çox dindirilib. O, idarəyə vəkilsiz gedib. Turan-ın müxbiri ilə söhbətində Bayramlı deyib: “Prokurorluqdan gələn bildirişdə deyilirdi ki, məni guya xaricdən siyasi sığınacaq…
Türkiyədə keçirilən referenduma Azərbaycanda verilən qiymət
Turan agentliyi ekspertlər və siyasətçilər arasında Türkiyədə keçirilən Konstitusiya referendumunun nəticələri ilə bağlı sorğu keçirib. Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Türkiyədə keçirilən referendum “bütün regionda avtoritarizm qurulmasının” tərkib hissəsi olub. “Hakimiyyətin bir…
Prezident Yasamalda yaşayış binasının tikintisini dayandırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki…
Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə dair məhkəmə iclası təxirə salınıb
Bu gün Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası təxirə salınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təyin olunub….
Ermənistan Azrəbaycan ordusunun mövqelərini minaatanlardan atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (32 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində yerləşən…
Avropa məhkəməsi Azərbaycan hökumətinə qarşı 11 iş üzrə qərar çıxarıb
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 11 nəfərin işi üzrə 3 qərar qəbul edib. Məhkəmənin saytındakı məlumata görə, bu qərarlar 12 yanvar, 26 yanvar, 10 mart, 29 dekabr 2013-cü il və 6 may 2014-cü il aksiyalarında inzibati həbs cəzası…
Yaponiyanın yeni səfiri Azərbaycan XİN-də qəbul edilib
Çərşənbə günü xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycanda yeni səfiri Teruyuki Katorini qəbul edib. Söhbət zamanı ikitərəfli münasibətlər, energetika və siyasət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Məmmədyarov Yaponiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinin təqdir edildiyini ifadə edib.
Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan prezidentini hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici…
Millət vəkili: “Qəhrəmanlıq tariximizlə fəxr edirik”
Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə Daimi komissiyasının islasında Assambleya Şurasının “Nasızmin bəraətinin və antihitler koalisiyası döyüşçülərinin xatirəsinin təhqir edilməsinin yolverilməzliyi barədə” bəyanatı müzakirə edilib. Mediafakt xəbər verir ki, müzakirələrdə Daimi komissiya sədrinin müavini…
Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya (11 mart) və Yerevana (27 mart) səfərlərinin nəticələrinə dair bəyanat yayıblar. Bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların…