Avropa komissarı Əfqan Muxtarlının oğurlanmasından dəhşətə gəlib
Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Facebook səhifəsində jurnalist Əfqan Muxtarlının işi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Mən, xəbərlərə görə Gürcüstanda oğurlanmış və zorla Azərbaycana gətirilmiş jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən dəhşətə gəlmişəm”. Cənab Muižnieks yazır…
Saakaşvilinin partiyası Muxtarlıya görə nazirlərin istefasını tələb edir
“Azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı “Milli Hərəkat” Gürcüstan DİN və DTX-nın rəhbərliyinin istefa verməsini tələb edir”. Bu barədə “Milli Hərəkat”ın parlamentdəki nümayəndəsi Salome Samadaşvili dünənki mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, bu tip əməliyyatlar siyasi rəhbərliklə razılaşdırılmalı…
Əfqan Muxtarlının barəsində 3 ay həbs qətimkan tədbiri seçilib
Bu gün Səbail Rayon Məhkəməsində Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. “Report”un məlumatına görə, Ə.Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ə.Muxtarlı Cinayət…
Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib- yenilənib
Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib. Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq. Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil….
Sahibkarlığın inkişafına hakimiyyətin korrupsiya maşını əngəl olur
Müsahibimiz kiçik sahibkar Xəyal Abbasov ölkədə kiçik sahibkarlığın inkişafına mane olan səbəblərdən danışdı
“Məmurlar narkomaniyanı dəstəkləyir” ifadəsinin sahibi həbslə üz-üzə…
İctimai fəal, daha çox gənclərin narkomaniyadan yayınması üçün təbliğat aparan və hakimiyyətə müxalif fikirləri ilə fərqlənən Teymur Ələsgərov Novxanıda baş tutumuş mitinqdən sonra saxlanılmışdır
Dövlət Departamenti: ABŞ Gözəl Bayramlının həbsindən narahatdır
“ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır”, – ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib. “Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə G.Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə…
AXCP sədrinin müavini saxlanıldı – təfsilat
AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax gömrük məntəqəsində saxlanılıb. Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat yayıb: “Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman…
NATO-da gərginlik: Türkiyə veto qoydu, alyans şərtləri dəyişdi
Türkiyə NATO-nun Avstriya ilə əməkdaşlığına veto qoyub. Bu yolla Ankara Avstriyanın alyansdakı ölkələrlə əməkdaşlığını bloklamağa çalışıb. NATO da cavab tədbiri kimi, əməkdaşlıq proseduru ilə bağlı şərtləri dəyişmək və ikitərəfli tərəfdaşlığa icazə vermək qərarı alıb. Alyans rəsmiləri bildiriblər ki, Türkiyənin vetosuna baxmayaraq,…
Vahid Əhmədov niyə və kimin hədəfindədir…
Prezidentin yenicə “Şöhrət” ordeni verdiyi deputata qarşı kampaniya başlaması təəccüblü görünür; Vahid Əhmədov: “Görünür ki, çıxışlarım kimlərinsə xoşuna gəlmir” Hakim Yen Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetində millət vəkili Vahid Əhmədova qarşı geniş yazı dərc olunub. Vahid Əhmədovun iqtisadi…