Daha bir məmur oğlu “Qelandevagen”lə adam öldürdü
Aeroport yolunda dəhşətli qəza baş verib. Ölkə.az xəbər verir ki, “Mercedes Gelandewagen” markalı avtomobil yol kənarında dayanmış digər “Mercedes” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində vurulan “Mercedes”in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib. Məlumata görə “Gelandewagen”in sürücüsü…
Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır
Cümə günü Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun işinə yenidən baxılmasına başlanılıb. Xatırladaq ki, sentyabrın 29-da Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və onun şikayəti Apellyasiya Məhkəməsinə qaytarılıb. Həbsə bu ilin yanvarında onun polisdə işgəncələrə məruz qalması barədə…
Direktor tərəfindən incidilən 12 yaşlı qızın anası danışdı – VİDEO
Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətləri ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirib. Xatırladaq ki, məktəb direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır….
Rafiq Hüseynovun dəfn mərasimi təxirə salınıb
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: “Mənə məlumat verdilər ki,…
Avtoritetlərə görə 15 nəfər işdən qovulub
Ədliyyə Nazirliyi Kollegiyasının geniş iclası keçirilib. Nazirlikdən İstiqlal.az-a daxil olan xəbərə görə, nazir Fikrət Məmmədovun iştirakı ilə keçirilən iclasda oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti…
Milli Məclis daha bir mürtəce qərar verdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib…
Məhbusların qaçmasına görə Penitensiar Xidmətin 11 əməkdaşı işdən azad edilib
Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb. Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları – Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4…
Şəhid atası: Övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? — VİDEO
İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib. F.Zeynalov “Ölkə.Az”-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib: “Mən traktorçuyam….
Qaçan avtoritetlərin tutulması üçün postlar quruldu
Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir. Polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər…
Generalın bacısı oğlu qaçan məhbuslara görə istintaqa cəlb olundu
Bakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri – qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Xatırladaq ki, istintaqa cəlb edilən digər şəxslər qarovul…