Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Mart 2018

Serbiya parlamenti qondarma “erməni soyqırımı”nı tanımayıb

Serbiya parlamenti qondarma “erməni soyqırımı”nın tanınması barədə müxalifətin təklifini rədd edib. Media-fakt.info xarici mətbuata istinadən xəbər verir ki, təklif Serbiya parlamentinə bir neçə dəfə təqdim olunub. Ancaq parlament hər dəfə təklifi rədd edib.

Bakıda ABŞ Avropa Komandanlığı tərəfindən seminar keçirilib – Müdafiə Nazirliyi

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən Bakıda “Quru Qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda seminar keçirilib. Media-fakt.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qoşun növlərindən hərbi qulluqçuların iştirak etdiyi seminarda mövzuya dair müxtəlif…

Xədicə İsmayılın anası Ankarada vəfat etdi – Ədliyyə Nazirliyi jurnalistin ölkədən çıxmasına icazə verməyib

“Dəyərli həmkarımız, əziz dostumuz Xədicə İsmayılın anası – gözəl insan Elmira xala bu gecə Ankarada xəstəxanada vəfat etdi”. Media-fakt.info xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Xədicə İsmayıl bu ağır günlərdə anasının yanında…

Siyasi mühacirin yeznəsi saxlanıldı

Siyasi mühacir Saday Kerimovun yeznəsi Həsənov Şahlar Cavanşir Oğlu saxlanılıb. Bu barədə məlumatı Saday Kərimov verib. Onun sözlərinə martın 6-da axşam 9 radələrində Hövsanda yaşayan bacısının yoldaşı 30-cü polis bölməsinə aparılıb. Orda səhərə kimi saxladıqdan sonra, Sabunçu rayon məhkəməsinə aparılıb….

NATO Rusiya sərhədlərində genişmiqyaslı təlimlər keçirəcək

NATO ölkələri Rusiya sərhədlərində irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. RİA Novosti bildirir ki, bunu ABŞ dəniz piyadaları korpusunun komandanı, general Robert Neller deyib. Təlimlərdə 45 minə yaxın hərbçinin iştirak edəcəyi bildirilir. “Bu payız, oktyabr ayında NATO-nun böyük təlimi keçiriləcək. Yəqin…

İranda 5,4 bal gücündə zəlzələ olub

İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. APA-nın verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kəhnuc şəhərindən 16 km şimal-şərqdə, ocağı 28 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.  

ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri Bakıya gəldi

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıya gəlib. APA-nın məlumatına görə, missiyanın digər üzvləri iki gün ərzində Bakıya gələcəklər. Onların rəsmi olaraq martın 9-da fəaliyyətə başlayacaqları nəzərdə tutulub….

Cəmiyyət

Elmin İnkişafı Fondu muğam tədqiqatlarına dair monoqrafiyalar nəşr etdirib

 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub. AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin müəllifi olduğu “Muğam fəlsəfəsi”ndə muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə monoqrafiyada muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında…

Yol terroru davam edir – Daha 2 məktəblini maşın vurdu

Bu gün səhər saatlarında Göygöldə iki məktəblini maşın vurub. Rayonun Yeni Qızılca kəndində yolu keçmək istəyən iki məktəbli – 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu məktəbin qarşısında avtomobili yüksək sürətlə idarə edən sürücünün…

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı son qərarı – Azad edilsin

Avropa Məhkəməsinin “ReAl” hərəkatının həbs edilmiş lideri İlqar Məmmədov barəsində ikinci iş üzrə qərarı qüvvəyə minib və üç ay ərzində icra olunmalıdır. Media-fakt.info xəbər verir ki, bunu İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib. Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci…