Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Oktyabr 2017

Şəhid Cabbar Zeynalov Saatlıda dəfn ediləcək

Azərbaycan Ordusunun oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu Saatlı rayonunda torpağa tapşırılacaq. Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumaata görə, dəfn mərasimi oktyabrın 23-nə…

Sabaha olan hava proqnozu – TƏDBİRLİ OLUN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az–a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli  yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz  16-18° isti, Bakıda gecə  13-15°, gündüz  16-18°…

Musavat başqanı Arif Hacılı Müsavat AKM təşkilatının bir illiyi tamam olması münasibəti ilə təbrik etdi (Fotolar)

Brüsseldə qərar verib, Frankfurtda təsis etdiyimiz Müsavat AKM təşkilatı qısa müddətdə bütün Avropada Azərbaycan naminə fəaliyyət göstərən ən ciddi təşkilata çevrildi. Müsavat AKM 1 illik fəaliyyəti ərzində Azərbaycanda demokratiya uğrunda fəaliyyət göstərən əsas təşkilatlardan biri olduğunu təsdiq etdi. Sədr İlham…

Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox… – İsa Qəmbərlə müsahibə

Artıq 2018-ci ildə keçiriləcək prezident seçkilərinin üçüncü namizədi də bəllidir: Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər. Azərbaycan müxalifətinin əsas simalarından biri, 2003-cü ildə isə prezident seçkilərində müxalifətin əsas namizədi olan İsa Qəmbərin 15 il sonra seçki…

​ERBD ilə Azərbaycan arasında yeni saziş imzalandı

Oktyabrın 20-də “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a bildiriblər ki, 500 milyon ABŞ dolları məbləğində…

Misirdə terrorçularla atışma nəticəsində 16 polis ölüb – YENİLƏNİB

İnsident Qahirənin 200 kilometrliyində baş verib Oktyabrın 20-də terrorçularla atışma zamanı Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin ölən əməkdaşlarının sayı 16 nəfərə çatıb. “Reuters” xəbər verir ki, insident Qahirənin 200 kilometrliyində baş verib. Bundan əvvəl…

Yeniyetmə məktəbi atəşə tutdu, ÖLƏN VƏ YARALANANLAR VAR

Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb. Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları…

Məşğulluq Mərkəzində 60 min manatlıq yeyinti – Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA-nın…

Bir abituriyent iki qrup üzrə imtahan verə biləcək- yenilik

“Bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişiklərin edilməsi nəzərdə tutulur”. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə…

Cəmiyyət

Deputatdan AŞPA-ya sərt etiraz

  Avropa Şurası Parlament Assambleyasının iclasında Ukraynadan olan müxalifətçi deputatların Azərbaycanın əleyhinə səs verməsi Ukrayna dövlətinin mövqeyini qətiyyən əks etdirmir. Bu sözləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri R.Quliyev deyib. R.Quliyev çıxışında qeyd edib…