Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Sentyabr 2017

Vergilər Nazirliyi “Turan”a qarşı işi dayandırdı

Sentyabrın 19-da “Turan” informasiya agentliyi Vergilər Nazirliyindən elektron məktub alıb. Agentliyin verdiyi xəbərə görə, 11 sentyabr tarixli həmin məktubda avqust ayında agentliyə qarşı başlanmış istintaqa xitam verildiyi bildirilir. Məktub Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fərid adından göndərilib və orada qeyd…

Ziya Məmmədovun bacısı işdən çıxarılıb? – Nazirlik araşdırmaya başladı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.  “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb. Liseydən…

​NATO Türkiyənin Rusiyadan “S-400” kompleksləri əldə etmək planına reaksiya verdi

Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması heç də Ankaranın NATO-dan uzaqlaşmasını və ya Rusiya ilə yaxınlaşmasını təsdiqləmir. APA-nın xəbərinə görə, bu barədə NATO  baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib. “Türkiyənin Rusiyadan “S-400” kompleksləri almasına gəlincə, düşünmürəm ki, bu Türkiyənin…

AŞPA mәruzәçisi Fuad Qәhrәmanlı ilә görüşüb

Bu gün AŞPA-nın məruzəçisi Sennak 10 saylı cәzaçәkmә mәntәqәsindә AXCP sədrinin müavini, vicdan mәhbusu Fuad Qəhrəmanlı ilə görüşüb. Şennak Fuad Qəhrəmanlının saxlanma şəraiti ilə maraqlanıb. F.Qәhrәmanlı saxlanma şəraitində problem olmadığını deyib. Daha sonra onlar ölkədəki ümumi vəziyyət, siyasi durum və…

​İran ABŞ-ı hədələdi: “İŞİD-i dəstəkləyirlər”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Əmir Əli Hacızadə bildirib ki, ABŞ-ın komanda mərkəzlərinin kəşfiyyat məlumatlarını ələ keçiriblər. İRİB telekanalının yaydığı məlumata görə, əldə olunmuş məlumatlar İŞİD terrorçularının Birləşmiş Ştatlar tərəfindən dəstəkləndiyini sübuta yetirir. “Biz ABŞ komanda mərkəzlərinə bir…

İngiltərə mətbuatı “Qarabağ”dan videoçarx hazırladı – VİDEO

“Qarabağ”ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri İngiltərənin…

Vergilər Nazirliyi ”Turan”a qarşı sanksiyanı ləğv etdi

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib. Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə departament Agentliyə rəsmi məktubla…

Azərbaycanda neft hasilatı 10 faiz azalıb

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 25 mln. 572,7 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yanvar-avqust aylarında respublikada 25…

AŞPA həmməruzəçiləri Turan agentliyinin ofisində olub

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda sentyabrın 14-də Turan İnformasiya Agentliyinin ofisində olub, qurumun rəhbəri, sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüb. “Vergilər Nazirliyi tərəfindən Turan-a qarşı araşdırmanın başlanıldığı ilk günlərdən biz Azərbaycanda…

“Kanal 13″ün rəhbərinin işi məhkəməyə göndərildi

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, işə yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.