Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: İyun 2017

Elçin Məmməd:Əfqan Muxtarlının həbsi Qərbdə Gürcüstana yaranmış etibarı sarsıda bilər

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi (SGHMİB) Gürcüstana sığınan jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsini pisləyən bəyanat yayıb. Bu barədə QHT-nin prezidenti Elçin Məmməd məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hazırda siyasi fəalların və jurnalistlərin təqibə məruz qaldığı ölkə kimi…

Prezident Administrasiyasının 25 illik stajlı məmuru işdən çıxarıldı

Azərbaycan Respublikasının Prezident Administrasiyasında edilən struktur dəyişikliyi nəticəsində bəzi məmurlar tutduqları vəzifələrini itiriblər. Yeni strukturda yer almayanlardan biri də İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovdur. Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi. O,…

Yol polisinin gizli əməliyyat aparması qadağan edildi

Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat-xidməti aparmaq qadağan edilib. APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni…

Cəmiyyət

Regionlarda “Açıq hökumət”lə bağlı tədbir keçirilib

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda “Açıq hökumət” təşəbbüsü ilə bağlı məlumatlandırma” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Qusar şəhərində 32 nəfərin iştirakı ilə keçirilən tədbir iki saatdan artıq davam edib….

Avropa komissarı Əfqan Muxtarlının oğurlanmasından dəhşətə gəlib

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Facebook səhifəsində jurnalist Əfqan Muxtarlının işi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Mən, xəbərlərə görə Gürcüstanda oğurlanmış və zorla Azərbaycana gətirilmiş jurnalist və fəal Əfqan Muxtarlının başına gələnlərdən dəhşətə gəlmişəm”. Cənab Muižnieks yazır…

Azərbaycanda qan dövranı xəstəlikləri artıb

Əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb və may ayının 15-də bitib. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hesabat dövründə 5499863 nəfər müayinə edilib, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın əhalisinə aiddir. Bakı şəhəri üzrə…

Azərbaycan bankları bu il 733 işçini ixtisar edib

Bu il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 560 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9 ədəd azdır. Aprel ayında yalnız bir filial bağlanıb. Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir….

Güclü sel Bakı-Şamaxı yolunun bağladı – 500 avtomobil yolda qalıb

Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. APA-nın yerli bürosunun xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq,…

Türkiyə millisinin Makedoniya və Kosovo ilə oyunlar üçün heyəti açıqlanıb

Türkiyə milli komandasının Makedoniya ilə yoldaşlıq görüşü və Kosovoya qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. “Report”un məlumatına görə, baş məşqçi Fatih Terim qarşıdakı oyunlara 30 futbolçu dəvət edib. Onların arasında 17 yaşlı qapıçısı Berke…

Putin: “Türkiyəyə “S-400” kompleksini tədarük etməyə hazırıq”

“Rusiya Türkiyəyə “S-400” Zenit–Raket Kompleksi tədarük etməyə hazırdır”. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iyunun 1-də Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində dünya informasiya agentliklərinin rəhbələri ilə görüşdə “Anadolu” agentliyinin direktorunun sualını cavablandırarkən bildirib. “Biz “S-400” sisteminin…