Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Mart 2017

Azərbaycan Almaniyaya qalib gəlsə futbolçular 100 min manat alacaq

Əgər Dünya çempionatı 2018-in seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycan yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar. Lent.az “Azerifootball”a istinadən xəbər verir ki, qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal…

Əhali bələdiyyənin qapısını qaynaqladı

Göygöl rayonunun Qızılca kəndində  maraqlı hadisə baş verib. Kəndin əhalisi  Göygöl rayonu Qızılca kənd bələdiyyəsinin fəaliyyətsizliyinə görə,   inzibati binasının qapısını  qaynaqlayıb. Onlar bunun səbəbini  bələdiyyə sədrinin və 9 üzvünün  kəndin heç bir qayğısı ilə maraqlanmamasıyla əsaslandırıblar. Bu addımı atanlar bildiriblər…

Mehman Hüseynovun işgəncəylə bağlı şikayətinə baxılacaq

Martın 27-si saat 16:00-da Səbayel Rayon Məhkəməsindəbloqqer Mehman Hüseynovun şikayətinə baxılacaq. Məhkəmə prosesinə hakim Aytən Əliyeva sədrlik edəcək. M.Hüseynovun vəkili Elçin Sadqov Azadlıq Radiosuna deyib ki, şikayət işgəncə faktıyla bağlıdır: “Bu il yanvarın 9-da saxlandığı zaman M.Hüseynov Nəsimi rayon 22…

Abşeronda dəhşətli qətl: müğəninin atası öz arvadını və baldızı qızını amansızlıqla öldürdü

Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat…

Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlar verəcək

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il parlament seçkiləri üzrə göndərdilmiş şikayətlər üzrə növbəti qərarlarını 13.04.2017-ci il tarxdə elan edəcək. Bu barədə vəkil Hafiz Həsənov özünün feysbuk səhifəsində məlumat verib. Gözlənilən qərarlar aşağıdakılardır: Ilham Huseynli v. Azerbaijan, (Application Number 37554/11) , Sahib…

Əmanətlərin 82 faizə qədəri xarici valyuta ilə qoyulub

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 7747,2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, əmanətlərin 81,2 faizi xarici,…

Tillerson Türkiyəyə gəlir

ABŞ-ın Xarici İşlər naziri Rex Tillerson 30 martda Türkiyəyə gələcək. Onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi və Ankarada bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi bildirilib. ABŞ XİN-dən verilən açıqlamada səfərin iki NATO müttəfiqi arasındakı bağların daha da gücləndirilməsinə zəmin olacağı…

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürmə edib

Almaniyanın Dövlət Yenidənqurma Bankı təsadüfən xarici hesablara 5 milyrd avro köçürmə edib. Hadisə texniki nasazlıq səbəbindən baş verib. İnsident fevralın 20-də qeydə alınsa da, bu barədə yalnız indi məlum olub. Kredit təşkilatından bildirilib ki, sistemin yalnış işi işçilər tərəfindən ən…

İŞİD İraqda 20 dinc sakini qətlə yetirib

İŞİD terror qruplaşması İraqda 20 dinc sakini qətlə yetirib. Bu barədə “Anadolu” agentliyi xəbər verib. Xəbərdə bildirilir ki, buna səbəb sakinlərin terrorçuların əmrlərinə tabe olmamaları olub. Neynəva vilayəti İnsan Haqları Komitəsinin rəhbəri Qəzvan Həmid əd-Daudi öldürülənlərin çoxunun kişilər olduğunu bildirib….

Bakıda mikroavtobus və 2 maşın toqquşub – ölən var

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, martın 20-də saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Ağstafa…