Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Avqust 2016

“Hakimiyyətin represiyalarına qarşı qərb dövlətlərinin gec-tez kəksin reaksiyasi olacaq”.

               Demokratik İnteqrasiya Assosiasiyası həmtəsisçisi Azər Qasimovla müsahibə … “Freedom House” təşkilatı yaz aylarında Azərbaycandakı siyasi məhbusların sayını 80 nəfər göstərmişdi. Bu siyahı mənim fikrimcə azalmayıb, əksinə artıb. Azər bəy, siyasi məhbuslarla bağlı ölkədəki durumu…

Hakimiyyət Müsavatı referenduma buraxmadı

Müsavat Partiyasının yaratdığı təşviqat qrupu qeydə alınmayıb Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə…

Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb

Gürcüstanlı işadamı biznes mühitindən danışır “Kim deyir ki, Gürcüstanın təbii sərvəti yoxdur? Bu ölkənin əsl təbii sərvəti işləyən qanunlarıdır”, bunu qonşu ölkənin orta biznes sinfinin təmsilçisi Xəlil Nuri deyir. Dünya Bankı bir müddət öncə açıqladığı hesabatında göstərir ki, 2015-ci ildə…

Naxçıvanda Ermənistana məxsus pilotsuz aparat məhv edildi – VİDEO

Respublikasının hava məkanını pozmağa cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı məhv edilib. Bu barədə Naxçıvan Televiziyası xəbər verib.  

Türkiyədə “Exchance”lər manatı dəyişməkdən imtina etdilər…

Manatın kursunda qeyri-müəyyənlik davam etməkdədir. Ölkədəki banklar bir həftədən çoxdur ki, dollar satışını dayandırıb. Manatın taleyindəki qeyri-müəyyənlik artıq xarici ölkələrdə də özünü biruzə verməyə başlayıb. Türkiyədə yaşayan həmyerlimiz Hüseyn Qurbanov Moderator.az– a açıqlama verərək bildirib ki, o, bu səhər manatı Türkiyə…

N.İsmayılov”Son illərdə Azərbaycanda intihar 4-5 dəfə artıb”

Nadir İsmayılov. 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 110 qadın, 28 uşaq intihar edib. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib. Bildirilib ki, 2016-cı ilin I yarım ili üzrə…

Bakıda rəis müavini hamilə qadını söydü, ərinə sillə vurdu VİDEO

Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb. Hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb. Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan…

Asif Yusifli apellyasiya şikayəti verib

Avqustun 19 -da 6 saylı Cəzaçəkmə müəssisəsində Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin məhkəməsi keçirilmişdi. Nizami Royon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılmışdı….

Cahangir Hacıyevin sürücüsünə 9 milyon manat kredit necə verilib?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil …

“Qarabağ” Avroliqanın qrup mərhələsində

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. İlk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb. Ağdam klubu Bakıda “Göteborq”u (İsveç) qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası öz meydanında 3-0 hesabı ilə qali…